Bu gün:


Bərdədə zibillikdə tapılan qadınla bağlı - DİN-dən açıqlama

Tarix: 28.04.2022 / 14:51  •   Oxundu: 119 dəfə  •  

Bərdədə yerləşən zibilliklərdən birində anlaqsız vəziyyətdə olan orta yaşlı qadın aşkarlanıb.
İDEALMedia.az -ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.
Hazırda qadının müalicəsi davam etdirilir.