İdmançının qətli ilə bağlı yeni qərar - İş istintaqa qaytarıldı
Tarix: 29.04.2022 / 16:17 •
Oxundu: 168 dəfə •
Ötən il idmanda zalında başlayan daha sonra qətllə nəticələnən dava ilə bağlı məhkəmə yeni qərar verib.
İDEALMedia.az ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Azər Paşayev işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasına qərar verib.
Belə ki, hadisə ötən ilin martında Bakıda baş verib. 19 yaşlı Əli Abbasov idman zalında məşq edərkən 22 yaşlı Bəxtiyar Nəsibovun ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və irad bildirib. Baxış üstündə yaranan mübahisə böyüyüb və onlar məsələni zaldan kənarda həll etmək qərarına gəliblər. Zaldan çıxdıqdan sonra Ə.Abbasov B.Nəsibovu bıçaqlayaraq öldürüb. 2002-ci il təvəllüdlü Əli hadisədən sonra tutularaq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İşin ibtidai istintaqa qaytarılmasının səbəbləri ilə bağlı zərəçəkmiş tərəfin vəkili Elmar Süleymanov “Qafqazinfo”ya açıqlama verib.