Bu gün:


17 yaşlı qız doğum gününün səhəri özünü binadan atdı - Kişinin başına düşdü

Tarix: 03.05.2022 / 17:23  •   Oxundu: 155 dəfə  •  

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.
İDEALMedia.az  xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. 
Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.