Bu gün:


Gəncə terrorunda hər iki valideynini itirən Sevilin NİŞANI OLDU

Tarix: 04.05.2022 / 14:50  •   Oxundu: 96 dəfə  •  

Ermənistanın Gəncəyə raket atması nəticəsində 2020-ci ildə hər iki valideynini itirən Sevil adlı qızın nişan mərasimi olub. 
İDEALMedia.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sevil Talış adlı oğlanla nişanlanıb. Qeyd olunub ki, nişan mərasimi yaxınlarının iştirakı ilə baş tutub.
Qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən  Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.