Rusiyaya daha bir zərbə - BU DƏFƏ "ADMİRAL MAKAROV" VURULDU
Tarix: 07.05.2022 / 10:34 •
Oxundu: 167 dəfə •
Ötən həftələrdə Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı "Moskva"nı batıran Ukrayna daha bir rus gəmisi olan “Admiral Makarov”u vurduğunu açıqlayıb. Hücumun raketlərlə həyata keçirildiyi açıqlanıb.
İDEALMedia.az bildirir ki, ukraynalı deputat Oleksiy Qonçarenko Telegram səhifəsində "Admiral Makarov"un Ukrayna Neptun gəmi əleyhinə raketi ilə vurulduğunu bildirib.Məlumatlar arasında gəminin “Admiral Qriqoryeviç” sinfinə aid freqat olması da var.
Britaniyanın “Mirror” qəzeti vurulan hərbi gəminin ilk görüntülərini dərc edib.
Rusiya hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Rusiya Qara Dəniz Donanmasının ən böyük döyüş gəmisi və flaqmanı olan Moskva aprelin 14-də Ukraynanın iki gəmi əleyhinə raketi ilə vurulduqdan sonra batıb.
