Bu gün:


Putin paradda "xəfif ümidsizlik əlamətini" göstərdi - Böyük Britaniyanın müdafiə naziri

Tarix: 09.05.2022 / 19:12  •   Oxundu: 85 dəfə  •  

Rusiya Federasiyasında bu gün keçirilən paradın hava hissəsi hava şəraitinə görə deyil, bəzi şəhərlərdə Rusiya təyyarələrini yolda Ukrayna HHM-ləri “qarşılaya bildiyi” üçün ləğv edilib.
İDEALMedia.az  xəbər verir ki, bu barədə Ukrayna Milli təhlükəsizlik və müdafiə şurası (MTMŞ) yanında Dezinformasiyaya qarşı mübarizə mərkəzi məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Rusiyanın mayın 9-da Moskva, Yekaterinburq, Novosibirsk, Samara, Rostov-na-Donu və digər iri şəhərlərində də keçirilən paradlarda döyüş təyyarələrinin nümayişi olmayıb.
Ukrayna qurumu təyyarələrin paradının ləğvinin məhz hava şəraiti ilə əlaqələndirilməsinə şübhə ilə yanaşıb. Çünki 2020-ci ildə Rusiya mediasının özü RF-nin hərbi aviasiya uçuşlarının təhlükəsizliyi üçün “buludların dağıdılmasına” 540 milyon rubldan çox xərclədiyini yazmışdı. Ötən il isə bu məbləğ 417 milyon rubl təşkil edib.