Yaponiya 71 rus şirkətinə sanksiya tətbiq etdi
Tarix: 10.05.2022 / 11:53 •
Oxundu: 68 dəfə •
Yaponiya müdafiə sektoru ilə əlaqəli Rusiya şirkət və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.
İDEALMedia.az -ın verdiyi məlumata görə, qadağalara 71 şirkət daxildir.Yaponiya həmçinin Rusiya Federasiyası, özünü elan etmiş "DXR" və "LXR"dən olan 133 nəfərə, o cümlədən Rusiyanın Baş naziri Mixail Mişustinə, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev və qondarma "LXR" və "DXR" liderlərinə qarşı sanksiya tətbiq edib .
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida Rusiyaya qarşı əlavə sanksiyalar, xüsusən də qabaqcıl mallara embarqo qoyulacağını açıqlamışdı.
