Bu gün:


"Rusiyanın Ukraynada törətdikləri insanlığa qarşı cinayədir"

Tarix: 11.05.2022 / 11:09  •   Oxundu: 82 dəfə  •  

"Nasizmi məğlub edənlər və bizə qələbə bəxş edənlər bu gün bir- birilərilə savaşır"
 
Knessetdə diplomatik qalmaqal: deputatlar Rusiyanın Ukraynada təcavüzünü pisləyib, Rusiya səfiri qəzəb içində iclası tərk edib
 
Bu gün, mayın 10- da İsrail parlamentində (knesset) diplomatik insident baş verib. 
 
Rusiyanın İsraidəki səfiri Anatoli Viktorov nasist Almaniyası üzərində qələbə gününə həsr edilən iclası qəzəb içində tərk edib.
 
İDEALMedia.az  xəbər verir ki, bu barədə 12 İTV kanalı knessedəki mənbələrə istinadən məlumat yayıb.
 
Knessetin bəzi deputatlarının çıxışları səfirin xoşuna gəlməyib.
 
Onlar Rusiyanın Ukraynadakı hərbi təcavüzünü cinayət adlandırıb və tezliklə müharibəyə son qoymağa çağırış ediblər.
 
Onların sözlərinə görə, Rusiya səfiri iclası tərk edərkən deputatların çıxışını pisləyib və sürətlə öz mühafizəsinin müşayiəti ilə knesseti tərk edib.
 
Səfiri hiddətləndirən deputatlardan biri NDİ partiyasının üzvü, əslən Ukraynadan olan Yevgeni Sova olub.
 
"Ukraynadakı müharibə cinayətdir, - o, deyib. - Baş verənlərə ağrısız baxmaq mümkün deyil. Mənə xüsusilə ağrılıdır, çünki nasist düşmənin məğlub edənlər və bizə qələbə bəxş edənlər bu gün bir- birilə vuruşur. Müharibə bizim nasistlərlə döyüşən babalarımız və nənələrimizə vurulan tərs sillədir".
 
Həmçinin başqa bir deputatın- Təl- Əvivdən olan hüquqşünas, knessetin qanunverici komissiyasının sədri ("Avod" partiyası) Qilad Karivin çıxışı səfiri özündən çıxarıb.
 
"Təəssüf ki, bu il Qələbə gününü qeyd edərkən, Rusiyanın Ukraynanın suveren ərazisində hərbi təcavüzü barədə danışmamaq mümkün deyil. Bu təcavüz minlərlə insanın həyatına son qoyub. Bu hərbi əməliyyatların gedişində insanlığa qarşı cinayət sayılan əməllər üzə çıxıb".
 
"Bu günün ruhu və bəşəriyyətin Almaniya və müttəfiqləri tərəfindən ikinci dünya savaşında məruz qaldığı dəhşətli faciənin nəticələrindən götürəcəyimiz ibrət dərsi bizi Rusiya təcavüzünə qarşı çıxmağa və beynəlxalq birliyin bu qanunsuz müharibəyə son qoyulmasına yönələn səyləri dəstəkləməyə sövq edir", - Kariv belə deyib.
 
Bundan sonra Rusiya səfiri mühafizəsinin müşayiəti ilə knesseti tərk edib. Deputatlar isə müzakirələri davam edib.