Bu gün:


Rusiyada hərbi hissədə partlayış - 1 ölü, 8 yaralı

Tarix: 12.05.2022 / 10:29  •   Oxundu: 398 dəfə  •  

Rusiyanın Xabarovsk diyarının Amur rayonunda (Teysin kəndi) hərbi hissədə partlayış baş verib.
İDEALMedia.az xəbər verir ki, bu barədə TASS agentliyinin məlumatında deyilir. 
Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 8 rusiyalı yaralanıb. O, əlavə edib ki, yaralılar Elban xəstəxanasına yerləşdirilib.
REN TV-nin məlumatına görə, hərbi hissədə döyüş sursatı boşaldılan zaman barıtın partlaması baş verib.