Bu gün:


Ukrayna qaçqınlarının sayı 6 milyonu keçib

Tarix: 13.05.2022 / 10:50  •   Oxundu: 265 dəfə  •  

Fevralın 24-dən indiiyədək 6 milıyondan çox ukraynalı ölkəsini tərk edib.
İDEALMedia.az  xəbər verir ki, bu statistika BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda səslənib.
Bildirilib ki, son statistikaya görə digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.
BMT ehtimal edir ki, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri keçəcək.