Bu gün:


Almaniya parlamentinə Türkiyə əsilli 19 nəfər deputat seçilib

Tarix: 28.09.2021 / 12:10  •   Oxundu: 172 dəfə  •  

Almaniyada keçirilən parlament seçkilərində Türkiyə əsili 19 namizəd deputat seçilib.
 
Bu göstərici rekord sayılır.
 
Belə ki, 2017-cü ildə keçirilmiş parlament seçkilərində Türkiyə əsilli deputatların sayı 14 olmuşdu.
 
Məlumata görə, Yaşıllar Partiyasından 5 nəfər seçilib: Melis Sekmen (28 yaş, iqtisadiyyat üzrə təhsil alır), Canan Bayram (Malatyada anadan olub, vəkildir. 2017-ci ildən deputatdır). Cem Özdəmir (56 yaş, 1994-cü ildən deputat seçilmiş iki türkiyəlidən biridir). Ekin Dəligöz (50 yaş, Tokatda anadan olub. İctimaiyyətlə əlaqlər sahəsində ali təhsil alıb, 1998-ci ildən deputatdır).
 
Almaniya Sosial Demokratik Partiyasından 10 namizəd deputat seçilib: Cansel Kızıltəpə (50 yaş, iqtisadiyyat sahəsində təhsil alıb, 2017-ci ildən deputatdır, Hakan Dəmir (36 yaş, siyasi elmlər sahəsində təhsil alıb), Aydan Özoğuz (53 yaş, 2009-cu ildən deputatdır, 2013-2018-ci illərdə immiqrasiya və inteqrasiya üzrə dövlət naziri işləyib), Metin Hakverdi (51 yaş, 2013-cü ildən deputatdır), Məcid Karaehmetoğul (53 yaş, Rizedə anadan olub, vəkillk edir), Dərya Türk-Nachbaur (48 yaş, türkdür, Paderborn (Almaniya) anadan olub), Mehmet Ali Takış (30 yaş, Qərbi Trakiyada (Yunanıstan) anadan olub, türkdür, Yunansıtan və Almaniya vətəndaşı, universitet müəllimidir), Gülistan Yüksel (60 yaş, Adanada doğulub, 2018-ci ildən deputatdır). Nezahat Baradari (56 yaş, Ankarada anadan olub, pediatrdır), Mahmut Özdəmir (34 yaş, hüquq sahəsi üzrə təhsil alır, 2013-cü ildən deputatdır).
 
Xristian Demokrat Partiyası: Serap Güler (41 yaş, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində anadan olub, Harmonizasiya və Qadınlar Nazirliyində müşavir olub.
 
Sol Partiyadan üç deputat seçilib: Sevim Dağdələn (46 yaş, 2005-ci ildən deputatdır), Gökay Akbulut (38 yaş, siyasi elmlər sahəsində təhsil alıb, 2017-ci ildən deputatdır), Atəş Gürpinar (37 yaş, teatr və KİV sahəsində təhsil alıb).
 
Qeyd edək ki, sentyabrın 26-da Almaniyada parlamentə növbəti seçkilər keçirilib. Seçkidə Sosial Demokratlar Partiyası qalb gəlib. Bu siyasi kampaniyada Türkiyə əsilli 100-dən çox namizəd deputatlıq uğrunda mübarizə aparıb.