Avstraliyada meymun çiçəyi virusuna yoluxma faktı qeydə alınıb
Tarix: 20.05.2022 / 12:08 •
Oxundu: 104 dəfə •
Avstraliyanın Yeni Cənubi Uels ştatında meymun çiçəyi virusuna yoluxma faktı aşkarlanıb.
İDEAL Media.az xəbər verir ki, regional səhiyyə nazirliyinin bu gün yaydığı məlumata görə, meymun çiçəyi virusuna yoluxan bir neçə gün bundan əvvəl Avropaya səyahətdən qayıdan vətəndaşdır. Virusa yoluxan 40 yaşlı kişi səhhətindəki problemlərə görə həkimə müraciət edib və nəticədə həkimlər analizlərdən sonra diaqnozu təsdiq ediblər. Xəstə təcrid olunub.
Yeni Cənubi Uels ştatının baş sanitar həkimi xanım Kerri Çant Avstraliya Səhiyyə Nazirliyinin xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirləri gördüyünü qeyd edib. O, bu xəstəliyin əsasən Afrika ölkələrindən qayıdan və ya buradan gətirilmiş ev heyvanlarına malik şəxslərdə müşahidə edildiyini bildirib. Qeyd olunub ki, insanlar həmin xəstəliyin daşıyıcıları ilə sıx ünsiyyətdə olduqda bu xəstəliyə yoluxa bilərlər.
Kerri Çant əlavə edib ki, meymun çiçəyi xəstəliyi çox da ağır keçmir və ona yoluxanlar bir neçə həftə ərzində sağalırlar.