Şəkər xəstəliyi sürətlə artır: SƏBƏB
Tarix: 01.04.2022 / 11:56 •
Oxundu: 219 dəfə •
Günümüzdə demək olar ki, bütün xəstəliklər cavanlaşıb. Əgər 40-50 il əvvəl hər hansı xəstəliyə 40 yaşında tutulmaq ehtimalı vardısa, indi insanlar həmin xəstəliklə 20 yaşında rastlaşırlar.
Belə xəstəliklərdən biri də şəkər xəstəliyidir. Dünyada hər 6 saniyədə bir insan şəkərli diabetin fəsadlarından həyatını itirir. Bu xəstəlik qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə müşayiət olunur.
İDEALMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəlik mədəaltı vəzidə insulin istehsalının azalması nəticəsində inkişaf edir.
Şəkərli diabet nəinki Azərbaycanda, dünyada müşahidə edilən tendesiyadır. Mütəxəssislər bildirir ki, bu xəstəliyin artmasına səbəb qidalanma mühitinin pisləşməsi, texnikanın inkişafı, oturaq vəziyyətin artmasıdır. Bu xəstəlik əsasən, genetic meyilli hesab olunur. Buna görə də şəkərli diabet pasiyentlərinin övladlarında həmin kliniki əlamətlər üzə çıxır.
5 il əvvəl Azərbaycanda 100-120 min şəkərli diabet xəstəsi var idisə, indi bu rəqəm 200 mini keçib. Ümumilikdə, dünyada 400 milyondan çox insan şəkər xəstəliyindən əziyyət çəkir. Şəkərli diabet sürətlə artan xəstəliklər qrupuna aiddir.
Amerikalı ekspertlərin məlumatına görə, potensial, aktiv halda şəkər olan insanlar var. Hər on ildən bir əvvəlki soy təkrarlanır. Bu gün üzə çıxmasa da, bir müddətdən sonra onlar aşkarlanır.
Bu xəstələyin təəssüf ki, tam müalicəsi yoxdur. Amma xəstəliyi pəhriz saxlamaq və müalicə almaqla yüngülləşdirmək mümkündür. Şəkərli diabetə aparan yol mədədən keçir. Şəkər xəstəliyində cins bölgüsü demək olar ki, fərq eləmir. Ancaq əsasən, piylənməyə meyililik qadınlarda daha çox müşahidə olunduğu üçün xanımlar bundan daha çox əziyyət çəkir. Bununla yanaşı, qadınlarda orqanizmin hamiləlik, menstruasiya və klimaks kimi faktorlar var ki, onlar bu xəstəliyi daha da kəskinləşdirir.
Şəkərli diabet bütün orqanlarda, daha çox isə böyrək, göz, ürək və aşağı ətraflarda fəsadlar törədir. Pəhriz, düzgün həyat tərzi xəstəliyin qarşısını alan vacib faktorlardandır.
Bəs, xəstəliyin əsas əlamətləri nələrdir ?
Əgər xəstəyə şəkərli diabet diaqnozu qoyulubsa, deməli, qanda şəkərin miqdarı çoxdur. Şəkərli diabetin ilkin əlaməti sidik ifrazının artmasıdır. Tez-tez sidik ifrazı baş verdiyi üçün xəstə susuzluq hiss edir və davamlı olaraq maye qəbul edir. Sidik ifrazı ilə pasiyent xeyli miqdarda kalori itirdiyi üçün, onun çəkisi də azalır. Bundan əlavə, xəstə daim aclıq hiss edir, daha çox yeyir. Belə pasiyentlərdə yorğunluq, dəridə irinli xəstəliklərin, gec sağalan xoralar müşahidə edilir”.