Bu gün:


Dövlət Neft Fondu ölkədə valyuta satışını azaldıb.

Tarix: 01.12.2020 / 13:56  •   Oxundu: 124 dəfə  •  

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb. 
Bu barədə Asmedia.az-a Dövlət Neft Fondundan məlumat verilib.
Belə ki, 2020-ci ilin noyabr ayı ərzində fond tərəfindən valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu 2020-ci ilin oktyabr ayına nisbətən 11,6 faiz daha azdır. 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 8,2 faiz az göstəricidir.