Bu gün:


Rusiyanın 13 milyard dollar dəyərində texnikası məhv edilib

Tarix: 24.05.2022 / 16:50  •   Oxundu: 330 dəfə  •  

Rusiyanın Ukrayna ilə müharibədə 13 milyard dollardan çox hərbi texnikası məhv edilib.
İDEALMedia.az  xəbər verir ki, Rusiya Federasiyasının ən bahalı ləğv edilmiş hərbi obyekti Qara Dəniz Donanmasının flaqmanı - "Moskva" raket kreyseri olub.
"Onun dəyəri 750 milyon dollar idi. Moskvadan başqa məhv edilən ən bahalı Rusiya obyektləri İL-76 nəqliyyat təyyarəsi (86 milyon dollar) və iri “Saratov” desant gəmisi (75 milyon dollar) olub”, - məqalədə deyilir.
KİV həmçinin son 7 gündə təxminən 400 milyon dollar dəyərində düşmən texnikasının məhv edildiyini açıqlayıb.