Bu gün:


Sevgilisi koronavirusa yoluxan Hadisədən ayrıldı.

Tarix: 01.12.2020 / 18:07  •   Oxundu: 78 dəfə  •  

Keçən həftə koronavirusa yoluxan türkiyəli pop müğənni Hadisənin sevgilisi Kaan Yıldırımla yaşadığı evdən çıxıb başqa evə köçdüyü xəbərini vermişdik.
Türkiyə KİV-də yayılan məlumatlara görə, evlərini ayıran sevgililər özləri də ayrılıblar.
Artıq “Instagram”da da bir-birlərini izləmədən çıxarıblar.
Onlar özləri hələlik bu barədə bir açıqlama verməyiblər.