Sumqayıt şəhəri 1 saylı doğum evində insanlığa qarşı həyata keçirilmiş despotizm aktı ilə bağlı məlumat vermişdik və söz vermişdik ki, Səhiyyə Nazirliyinin münasibətini diqqətinizə çatdıracağıq.
Fakt üzrə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik sanki xanımlardan təşkil edilmişdir. Bir-birinə saxta telefon nömrələri ilə ötür-ötür rəqsi oynayan xəstə səhiyyəçilərdən obyektiv cavab almaq mümkün olmadı.
Vətəndaş Ləman Novruzovaya qarşı Sumqayıt şəhəri 1 saylı doğum evinin “həkim”i Əminə Məmmədovanın qanunsuz hərəkətlərinə dur deyə biləcək nə qurum, nə də ki, vəzifəli şəxs mövcud deyl. Görünəni budur. Həm də görünəni budur ki, bu sistemdə hüquqsuz və arxaqsız vətəndaşların sağ qılçası əvəzinə sol qılçası, sol qolu əvəzinə sağ qolu kəsmək adət halını almışdır. Bu üzdən də doğum şöbəsində həkim savadsızlığı və səhlənkarlığı ucbatından qadınların qadın borularının, böyük ümidlə dünyaya gətirəcəyi körpəsini, hətta ananın özünü məhv etmək faciə hesab edilmir. Məhz xəstə sistemin Azərbaycan xalqına qarşı törətiyi sərhədsiz cinayətlərin nəticəsidir ki, vətəndaşlarımız öz sağlamlığını məhz sərhəddən kənarda axtarmağa adətkar olmuşlar: İran, Türkiyə, Almaniya.
Azərbaycan səhiyyəsinin xəstə olduğunu təkcə sıravi vətəndaşlarımız deyil, bu sahəyə nəzarət etməli olan qurumların özləri və vəzifəli şəxslərin özləri də etiraf etməkdədir. Kimsə də hansısa bir vəzifəli şəxsi, korrupsioner məmuru milli xəstəxanaların hansısa bir palatasında uzanılı halda görübmü? Əsla.
Qanunlar, şəhidlik, əlillik məhz kasıb vətəndaşların boynuna biçildiyi kimi də üstü bəzək, içi qanunsuzluqlarla dolu xəstəxanalarla məhz kasıb ailələr üçün qəbul ediləndir.
Sanki ictimai nəzarət ölüb, vətəndaş məmnunluğu vətəndaşa zülm etməkdən keçir. Özünə nəzarət edə bilməyənlər, özünü tanımayanlar, özünü buraxmışlar bu ölkədə həm ictimai nəzarəti yerinə yetirirlər, həm millətə əxlaq dərsi keçirlər, həm də hakimiyyətə yarınmaq üçün ağzına və ağlına gələni ifraz edirlər.
Diaqnostik Mərkəzdə “ley-pey” davranışları ilə yaddaşımızda həkk olunmuş Oqtay Şirəliyev “covid-19” cəmiyyətə mutasiya edildikdən sonra yoxa çıxması həm də ona dəlalət edir ki, cənab nazirin özünün müalicəyə ciddi ehtiyacı vardır. Həm mənəvi, həm tibbi, həm də psixoloji baxımdan.
Çox hörmətli nazir müavini Elsevər Ağayev isə bütün istiqamətlərdə, xüsusilə aptek lisenziyası biznesinə başı qarışdığı halda, eyni zamanda yeznəsi Kənana ayırdığı diqqət və qayğının cüzi bir hissəsini səhiyyə sisteminə ayırsaydı, Əminə Məmmədova kimi “ginekoloq”lar jurnalistlə danışarkən “Siz nədən danışırsınız, məgər bu ölkədə qanun var, məgər təkcə səhiyyə bu gündədir?” deməzdi.