Bu gün:


Nazim Quliyev: İnanıram ki Kərəm Həsənov sözünü tutacaq

Tarix: 26.05.2022 / 17:34  •   Oxundu: 299 dəfə  •  

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri cənab Kərəm Həsənov İDEAL Partiyasının başkanı Nazim Quliyevlə görüşmüşdür. Görüş çərçivəsində İDEAL Partiyasının Başkanı Nazim Quliyev Prezidentin köməkçisi cənab Kərəm Həsənovla bir sıra vacib məsələlərlə bağlı fikir mübadiləsi aparmışdır. Müzakirə edilən məsələlər arasında 

- şəhid ailələrinə və qazilərə məmurlar tərəfindən sərgilənən etinasızlıqlar,

- İDEAL Partiyasına müraciət edən məhkum ailələrinə qarşı yaradılmış süni problemlərin aradan qaldırılması,

- vətəndaş cəmiyyətində günbəgün artan narazılıqlar,

- təməli 1998-ci il Ramiz Mehdiyev tərəfindən qoyulmuş və bu günə kimi davam etdirilən İDEAL Partiyasının səbəbsiz qeydə alınmaması,

- Milli Təhlükə Naziri Eldar Mahmudov və onun quldur bandası tərəfindən həyata keçirilmiş kriminalların fonunda maşa olaraq istifadə edilmiş “Binə” ticarət mərkəzinin direktor müavini, “Araz avia” firmasının Prezidenti Dilşad Əmirovanın dövlətdən və qanundankənar əməlləri,

- bu əməllərin fonunda Baş Prokurorluğun İstintaq İdarəsində Dilşad Əmirovanın da cəlb edildiyi 212006112 nömrəli cinayət işinin 6 aydan artıqdır ki, səmərəsiz və nəticəsiz qalması,

- sabiq deputat Əsabil Qasımovun və qardaşı Vüqar Qasımovun təsisçisi olduğu “Malibu” MMC adlı evyıxma kompaniyası tərəfindən Nəsimi rayon, Əlimərdan bəy Topçubaşov, 96 ünvanında yerləşən mülkün uçurulması,

- içərisində 86.000 manat dəyərində olan əşyaların oğurlanması və fakt üzrə Prokurorluq orqanlarının illərdir ki hər hansı bir nəticə əldə edə bilməməsi, 

- 06 mart 2014-cü il tarixli, (103)-1526/2014 saylı Bakı Apellyasiya Məhkəməsiniin hakimi Namiq Cəfərov tərəfindən Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin 9 ildən artıqdır ki, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsində (hazırda icraya məsul Murad Xudaverdiyevdir) bürokratizmin sobotaj karuselinə mindirilib gəzdirilməsi və digər problemlər dövlət nəzarətinə götürülmüşdür.

İDEAL Partiyasının Başkanı Prezidentin köməkçisi ilə baş tutan bu görüşdən autentik olaraq məmnun qaldığını və cənab Kərəm Həsənovla müzakirə edilmiş problemlərin həllinin müsbət nəticə verəcəyinə, hörmətli Kərəm Həsənovun sözünü tutacağna inandığını bildirmişdir.