Bu gün:


Yanacaqdoldurma məntəqəsində alışqanla yanğın törətdi.

Tarix: 02.12.2020 / 11:25  •   Oxundu: 89 dəfə  •  

Rusiyanın Cənubi Saxalinsk bölgəsində yanacaqdoldurma məntəqəsində maraqlı, eyni zamanda təhlükəli hadisə yaşanıb.
Bu barədə “NTV News” məlumat yayıb.
Yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü avtomobilin çənini doldurmağa başlayıb. Bu zaman o alışqanla anlaşılmaz şəkildə avtomobilin yanacaq çənində “təcrübə” aparıb. Nəticədə yanğın baş verib. Avtomobil sahibi maşınına minərək qaçıb və yanğın yanacaqdoldurma məntəqəsinin işçiləri tərəfindən söndürülüb.