Bu gün:


Şimali Koreyada vəziyyət pisləşir

Tarix: 03.06.2022 / 09:56  •   Oxundu: 351 dəfə  •  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şimali Koreyada COVID-19 ilə bağlı vəziyyətin getdikcə pisləşdiyini düşünür.
İDEALMedia.az  xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan bildirib.
O, məlumatlara çıxışda və yerlərdəki real vəziyyətlə bağlı böyük problemlər olduğunu, bunun vəziyyəti təhlil etməyi çətinləşdirdiyini qeyd edərək KXDR-i ÜST-ə ölkədəki COVID-19 epidemiyası ilə bağlı durumla əlaqədar daha çox məlumat verməyə çağırıb.