Bu gün:


Türkiyədə iki təhlükəli terrorçu öldürüldü

Tarix: 02.12.2020 / 11:51  •   Oxundu: 101 dəfə  •  

Türkiyənin Diyarbəkir şəhərində YPG/PKK terror təşkilatının 400 nəfərlik taborundan və Suriyadakı neft quyularının təhlükəsizliyindən məsul olan Narin Oso məhv edilib.
“Ahaber” məlumat verir ki, Zinarin ləqəbli terrorçu PUA vasitəsilə təsbit edilərək, F-16 ilə zərərsizləşdirilib.
Onunla birgə mühafizəçisi Elif Eyləm Önkol da öldürülüb.
PKK iki terrorçunun öldürüldüyünü bir il sonra açıqlaya bilib. Onlar terror təşkilatının əsas simalarını adi terrorçu kimi təqdim ediblər.