Bu gün:


“Qarabağ” Türkiyəyə Qurban Qurbanovsuz getdi

Tarix: 02.12.2020 / 12:26  •   Oxundu: 137 dəfə  •  

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə qarşılaşmaq üçün Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Səfərə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov getməyib. Buna səbəb onun ikinci dəfə koronavirus testinin pozitiv çıxmasıdır.
Komandanın müdafiəçisi Rahil Məmmədov isə koronavirusdan sağalıb. O, Xorvatiyada karantində qaldığından, oradan Türkiyəyə gedərək komandasına qoşulacaq.
Həmçinin komandanın kapitanı Maksim Medvedev də sağalıb. Lakin o, Lüksemburqdan Bakıya qayıdacaq.
Beləliklə, “Qarabağ” sabah saat 21:55-də “Başakşehir Fatih Terim” stadionunda pley-offa çıxmaq şansı olan “Makkabi”ni qəbul edəcək. Oyun ölkədəki hərbi rejimi ilə bağlı olaraq qardaş ölkədə keçirilir.
“Qarabağ”ın oyunöncəsi mətbuat konfransı sabah yerli vaxtla saat 15:30-da komandamızın yerləşəcəyi “Pullman” hotelində baş tutacaq. Mətbuat konfransına Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxacaq. Oyunöncəsi son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşehir Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.