Polisin ali məqsədi
Tarix: 10.06.2022 / 21:47 •
Oxundu: 305 dəfə •
Son illər Bakı şəhəri Nəsimi rayon ərazisində yaşayan soydaşlarımızdan bir kimsə deyə bilərmi ki yaşadığı problemlərlə bağlı polis orqanları bu və ya digər formada onun hüquqlarını tanımış yaxud hörmətlə yanaşmışdır?! Əsla deyə bilməz. Gördüklərimizə, bildiklərimizə vətəndaşların İDEAL-a etdiyi müraciətlərin fonunda bəyan edirik ki, polisin məqsəd və məramı cəmiyyətdə kazus vektorlarının genişlənməsi, münaqişəli ailələrdə "preventiv tədbirin" qətllə yekunlaşması və s. və i.a. sıralanıb gedir.
Heç bir anti-tezis hazırlamadan təkcə Nəsimi rayon polis idarəsində baş vermiş bir neçə hadisəni kriminal çetenin və vətəndaş cəmiyyətinin diqqətinə çatdırırıq.
Bildiyiniz kimi, 20 noyabr 2020-ci il tarixində İDEAL-ın Mərkəzi Ofisinin qapısı sındırılaraq içərisində dəyəri 30.000 manata yaxın texniki avadanlıqlar və əşyalar oğurlanmışdır. Fakt üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsində təhqiqatçı Nadir Rzazadənin apardığı "təhqiqat" bir neçə dəfə Nəsimi rayon məhkəməsinin hakimləri (Azər Tağıyev və digərləri) tərəfindən ləğv edilsə də oğru artıq ikinci ildir tapılmır ki, tapılmır.
03 iyun 2022-ci il tarixində edilən növbəti müraciət 08 iyun 2022-ci il tarixində şöbənin təhqiqatçısı Pərviz Həsənovun icraatına verilmişdir və "araşdırmanın aparıldığı" bildirilir.
Problemin leytmotivi: Bakı şəhəri, Nəsimi rayon, 28 may küçəsi 11 ünvanı vətəndaşın iradəsi əleyhinə olaraq Nəsimi polisinin müdafiə və mühafizə etdiyi kriminal çete tərəfindən "priton", "tatuirovka", "narkomanların oylağı" kimi istifadə edilməkdədir.
Hacı Məmmədovun sələfləri bütün bunları görsə də, rüşvət qanunları doğramaqda davam edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 12; 13; 29; 33; 43-cü maddələri polisdən mühafizə edilməkdən ötrü fəryad edir.
Əldə etdiyimiz məlumata görə, adı çəkilən "Xəzinə çay evi" adlı obyektin himayədarlarından biridə Nəsimi Rayon Polis İdarəsində rəisin şəxsi heyətlə iş üzrə köməkçisi Nəbiyev Kənan Kamal oğlu olduğu bildirilir.
Sözsüz ki, Daxili İşlər Nazirliyinin "102" Çağrı Xidmətinə 03.06.2022-ci il tarixində edilən müraciətin 08 iyun 2022-ci ildə "araşdırılmasına" start verilsə də qərarın proloqu çoxdan bəllidir. Ənənəvi olaraq general Zakir Nəsirovun, polkovnik Kamil Sədrəddinovun, polkovnik Hacı Məmmədovun gəldiyi qənaət belə olacaq: "Cinayət tərkibi olmadığı üçün işə xitam verilir, qərarla razılaşmadığınız halda məhkəməyə müraciət edə bilərsiniz".
Nədən bu qənaətdəyik? Çünki polis orqanları aşkar fakta belə hüquqi qiymət vermək iqtidarında deyillər. Sanki vətəndaşla müharibə aparırlar.
De-fakto: 16.08.2020-ci il tarixdə mənzildən oğurluq etmiş şəxs və ailə üzvləri baş vermiş hadisəni etiraf edir və öz etiraflarını yazılı akt şəklində imzalayırlar. Şərəfli polis 6 nəfər şəxsi oğurluq hadisəsində şübhəli bilib həbs edir. Ardınca da hər birindən haqq alıb azad edirlər. Bu cür rüsvayçılığı hətta cunqliya meşələrində, Zimbabvedə bir kimsə abırına, həyasına sığınıb etməz. Lakin xalçaçının oğlu bunu etmiş və bu barədə lazımi qədər məlumat verilsə də heç bir tədbir görülməmişdir. Beləliklə, məsələ 2 ildən artıqdır ki, hələ də açıq qalmaqdadır.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin təhqiqatçısı Pərviz Həsənovun qəbul etdiyi qondarma qərarın təsviri hissəsi ilə dəyərli oxucularımızı mütləq tanış edəcəyik. Bizi izləməkdə davam edin.

Sara Sərabi