Bu gün:


11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü

Tarix: 13.06.2022 / 16:56  •   Oxundu: 158 dəfə  •  

Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.
Hadisə iyunun 11-i saat 13 radələrində Vilvan kəndində baş verib.
 
Belə ki, şəhər sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçməyə çalışan 2017-ci il təvəllüdlü S.Hüseynovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən azyaşlı iyunun 12-də orada ölüb.
 
Məlumata görə, valideynlərinin evliliyindən 11 il sonra dünyaya gələn S.Hüseynov ailənin tək uşağı olub.