Bu gün:


Nazim İdeal: Təhsilsizliyin Əmrullayev çöküşü

Tarix: 16.06.2022 / 20:29  •   Oxundu: 286 dəfə  •  

Cürbəcür şeylər naziri Mikayıl Cabbarovun kadr siyasətini seyr edərkən Fransa Fillipinin ifadəsini xatırlamamaq olmur.

Sual edilir ki, nədən qabil adamları vəzifəyə təyin etmirsiniz?

-Ona görə ki, onların üstün cəhəti üzə çıxar və Biz ifşa olarıq.
Təhsilsiz nazir Emin Əmrullayev ola bilsin ki, başıaşağı,üzüyola ailə başçılarındandır və digər korrupsioner məəmırrlarla müqayisədə kabinetini priton etməyib.

Ancaq bu o demək deyil ki,  bu keyfiyyəti onu xilas edəcək.

Nələr baş verir Əmrullayev ətrafında...
Başında,döşündə,göbəyində Azərbaycan bayrağı,manatı gəzdirən məktəb direktorları tabeçiliyində olan müəllimlərdən işdən azad olunmaq barədə ərizə alır və sentyabr ayında yenidən işə bərpa edəcəklərini vəd edirlər.

Prezident Nazirlər Kabinetini yenidən formalaşdırmaq  sayağı kazus....

Müəllimlər "testin-bestin -vest"in maliyyə dəstəyilə işə qəbul edildikləri halda, rüşvət yığmanın universal ssenaristi hansı vələdzinadır!?
Əmmrullayev xəbərsizdirsə və hansısada bir bicbala bunları edirsə yenədə günah Emindədir!?

Növbəti tragikomik "təhsil islahatları"...,!?

Şagirdlər yaşayış yerlərinə yaxın məkanda yerləşən məktəbdə təhsil almaqdan ötrü "imtahan" verməlidir!?

Yəni rüşvət yığımının ramizmehdiyev sayağı innovativ-kreativ-spermatik forması.

Bu şəngülüm sürüsü rüşvət almağında əxlaqlı üsulunu qanmırlar.

Bu cür iyrənc üsullarla Azərbaycan Gəncliyini,Gələcəyini urvatsız etməyə dil vuran məəmırrlar dəvəquşu sayağı etdiklərinin əlvanlığından asılı olmayaraq, nifrin və nifrət mövcud rejimin katyolunu murdar edir.

Əmmrullayev çox yaxşı olar ki, telini arxaya darayıb dırnaqlarından başqa heç yerlərini görə bilməyən və ayrı-ayrı şəxsiyyətsizlər tərəfindən Təhsilsiz sistemə soxuşdurularaq, rüşvətyığma koalisiyasına moderatorluq etməyə məsul edilmiş məsuliyyətsiz "müəllimələrin" özlərini test etsin və bilsin ki, Təhsil sistemi ən çox kapital qoyulacaq dövlət təsisatıdır.

Amoralizmin çiçəkləndirilməsi üçün istifadə edilən bazar deyil!