Bu gün:


Qanunlar rüşvətin köləsindən nə zaman azad ediləcək?

Tarix: 26.10.2022 / 12:04  •   Oxundu: 138 dəfə  •  

14 avgust 2022-ci il tarixdə Siyəzən-Dəvəçi magistralında sürücülük vəsiqəsi olmayan Sumqayıt Dövlət Kollecinin tələbəsi Sayıllı Nihad Rəşail oğlu idarəetməni itirərək 1976-cı il təvəllüdlü Qəmbərov Rüstəm Bəşir oğlunu qətlə yetirmiş, həyat yoldaşı Qəmbərova Şamama Xasay qızını və oğlu Qəmbərov Elnur Rüstəm oğluna ağır bədən həsarətləri yetirmişdir. 
Baş vermiş cinayət hadisəsi ilə əlaqədər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə 221500176 saylı "cinayət işi" başlanılsada bu günə kimi bir kimsə məsuliyyətə cəlb edilməmiş, zərər çəkmiş ailəyə hər hansı bir formada ziyan ödənilməmiş və demək olar ki, istintaq hərəkətləri 0-1 arasında anti-təkamül dövrü yaşamaqdadır.
İstintaq hərəkətləri Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhdiqat İdarəsinə Biləvasitə Tabe Olan Yol Nəqliyyat Hadisələri İşlər üzrə istintaq və Təhqiqat şöbəsinin əməkdaşı mayor Şöhrət İmanovun icratındadır.
Mayor Şöhrət İmanov hadisənin bu cür ləng, qeyr-obyektiv qaydaları üzrə "inkişafının" səbəbini ekspertiza rəyinin alınmaması ilə əlaqələndirir.

  Hüquqsuzluq, qanunsuzluq, özbaşınalıqlarla bağlı mərhum Qəmbərov Rüstəm Bəşir oğlunun yoldaşı zərərçəkmiş Şamama Qəmbərova Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya etdiyi şikayətlərin hüquqi nəticəsi olaraq problemləri yaradan mayor Şöhrət İmanovun üzərinə yönləndirilir ki, bunun da adı hüquqi sillogizmdir.

Paradoksaldır dördüncü aydır ki, dəvam edən cinayət işi üzrə ekspertiza rəyinin əldə edilməməsi görəsən nə ilə bağlıdır? 

Mövzu diqqətimizdədir

Polad Musayev