Bu gün:


Biləsuvarda dəhşətli hadisə

Tarix: 26.03.2024 / 16:13  •   Oxundu: 140 dəfə  •  

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

İDEAL xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb.

Araşdırılmalar aparılır.