Bu gün:


Lukaşenko sərhəddəki vəziyyətdən danışdı: Mafiyanın işidir

Tarix: 10.11.2021 / 10:44  •   Oxundu: 98 dəfə  •  

“Belarus - Polşa sərhədindəki qanunsuz qaçqın hərakatını aralarında müxtəlif ölkə vətəndaşlarının olduğu mafiya qruplaşmaları həyata keçirir”.

İDEAL Media.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko belə açıqlama verib. O bildirib ki, qaçqınların müxtəlif ölkələrdən keçməsini təmin edərək, Avropaya göndərilməsini təşkil etmək təhlükəli addımdır. Onun sözlərinə görə, hazırda Əfqanıstandan qaçqın axını artıb:
“Əfqanlar Mərkəzi Asiya ölkələri, Rusiya və Belarus üzərindən gedirlər. Təkcə bu istiqamətdən deyil Ukrayna vasitəsi ilə də keçirlər. Lakin Ukrayna özlərinin olduğu üçün Avropa səssiz qalır”.