Bu gün:


Bakıda odlu silahla qətl törədən şəxs tutuldu

Tarix: 11.12.2021 / 10:46  •   Oxundu: 269 dəfə  •  

Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb. 

Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
 
Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb. 
 
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb. 
 
Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur. 
 
T.Qurbanov istintaqa təhvil verilib.