Bu gün:


Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək

Tarix: 27.03.2024 / 16:32  •   Oxundu: 133 dəfə  •  

Azərbaycanın 5 ağırlıqqaldıranı Tailandın Phuket şəhərində keçiriləcək Dünya Kubokunda çıxış edəcək.

İDEAL xəbər verir ki, onlardan 4-ü kişi, 1-i qadın idmançıdır.

Qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi 73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) 31 mart – 11 aprel aralığında baş tutacaq yarışda qüvvələrini sınayacaqlar.