
1970-ci il təvəllüdlü Dadaşov Xanbala Dadaş oğlu, Dadaşov Əlibala Dadaş oğlu, Dadaşov Bəybala Dadaş oğlu ata mülkini ələ keçirmək məqsədilə Mehdiabad Polis şöbəsinin Xüsusi Sahə Müvəkkili Səbuhi Məmmədova sığınaraq, 2-ci qrup əlil Dadaşov Əzizbala Dadaş oğluna və həyat yoldaşı Dadaşova Viktoria İntiqam qızının bacısı Dadaşova Sonaxanım Dadaş qızının övladları, 2011-ci il təvəllüdlü Dadaşov Cəfər Əzizbala oğlu həmçinin 2013-cü il təvəllüdlü Dadaşov Zəhra Əzizbala qızının üzərinə bıçaqla hücum edərək öldürəcəyini söyüşlə ifadə etməsindən dolayı zərərçəkmiş ailə Daxili İşlər Nazirliylinin 102 çağrı xidmətinə dəfələrlə şikayət etsələrdə Mehdiabad polisinin reaksiyası bu olmuşdir: “Afristlik etməyin”
Sual yaranır. Polisin afristlik edirsən ittihamı ilə üz-üzə qalan Dadaşova Əzizbala Dadaş oğlu barəsində eyni zamanda ixtisaslı həkim rəyini verənlər kimlərdir ?
Doğrudanmı bu ölkədə polisə müraciət edən vətəndaş afristdir ?
Fakt üzrə ailə üzvləri Mehdibad Polis Bölməsinin rəisi Ceyhun müəllimə və eyni zamanda Abşeron rayon Polis İdarəsinin rəisi Polis Polkovniki Musa Musayevə dəfələrlə müraciət etsələr də müraciətləri nəticəsiz qalmışdır.
Əksinə vətəndaşa dövlət adından yardım etməli olan Mehdiabad Polis şöbəsinin Xüsusi Sahə Müvəkkili Səbuhi Məmmədov ailəni əxlaqsız ailə adlandırmaqdan belə çəkinməmişdir.
Narkoman Xanbala Dadaşovun tənqid və təhqirlərindən zinhara gələn ailə 17 may 2023-cü il tarixdə saat 20: 30 da İDEAL -ın ofisinə gələrək kömək istədilər.
Görəsən dövlət içərisində öz kriminal dövlətini yaratmış və dövlət adından utanc səhnəsi yaşadanların əməllərindən Daxli İşlər Naziri Cənab Vilayət Eyvazovun, Preziden İlham Əliyev Cənablarının xəbəri varmı?
Mövzu diqqətimizdədir.
Polad Musayev