Bu gün:


Dünya Bankı Azərbaycandakı layihəsinin müddətini uzatdı

Tarix: 26.11.2020 / 15:22  •   Oxundu: 233 dəfə  •  

Dünya Bankı (DB) Azərbaycanda həyata keçirdiyi “Kənd təsərrüfatında rəqabətliliyin artırılması” (Agricultural Competitiveness İmprovement Project) layihəsinin icra müddətini 2021-ci ilin dekabr ayınadək uzadıb.
Qurumdan verilən xəbərə görə, DB Direktorlar Şurası tərəfindən 2013-cü ilin sentyabr ayında təsdiqlənən layihəni 2020-ci ilin iyun ayınnın sonunadək başa çatdırmaq nəzərə tutulurdu.
“Layihənin müddətini uzatmaqla qalan işləri məqbul şəkildə başa vurmaq mümkün olacaq. Mövcud COVID-19 böhranı üzündən layihənin icra sürəti azalsa da, hələlik işlər yaxşı gedir. Bütövlükdə kənd sahibkarları da, istehsalat – satış zəncirləri nümayəndələri də nəticələrin 40 faizdən çox artdığını bildirir ki, bu da layihənin səmərəsini göstərən başlıca məqamdır”. Həmçinin istehsalat – satış zəncirindəki 4 alt layihəsinin başa çatdırıldığı, daha 15-in də hələ icra olunduğu da diqqətə çatdırılıb: “Layihə çərçivəsində kənd sahibkarlığının bir çox istiqamətlərində bütövlükdə 105 sərmayə alt layihə üçün kredit xətləri açılıb. Həmçinin heyvan xəstəliklərinə qarşı, baytarlıq təhsilinin təkmilləşdirilməsinə dair proqram davam etdirilir. Bitki növlərinin tədqiqatı və inkişafı proqramına, toxum istehsalı və emalına sərmayələr nəticəsində artıq toxumların keyfiyyəti və məhsuldarlığı artıb”, – DB-dən bildiriblər.