Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb
Tarix: 02.10.2020 / 11:00 •
Oxundu: 87 dəfə •
Erməni və yunan haker qruplarının yaydığı 83 dövlət saytına uğurlu hücum cəhdləri həqiqətə uyğun deyil.
Bu barədə "idealmedia.az"a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib.
Qey olunub ki, gecə saat 1-2 radələrində həmin saytlara DDoS hücum cəhdləri edilsə də, hər birinin qarşısı uğurla alınıb.