Avropanın diktə etdiyi siyasi məhbuslardan və dövlət adından raketlik etmiş general-polkovniklərdən başqa bir kimsə bu günə kimi ƏFV siyahısını pulsuz düşməyib.
Prezidentin müstəsna səlahiyyətləri seriyasına daxil olan AR-sı Konstitusiyasının 109-cu maddısinin 22-ci bəndi daima rüşvətin ,diskriminasiyanın, nepotizmin köləsi olub.
Ötən gün Prezidentin yanında ƏFV Məsələləri Komissiyasından bildiriblər ki, Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsi qanunvericiliyə ziddir.Habelə, rəsmi izahat odur ki,iclasların onlayn keçirilməsi istisna olunur,çünki bu,məlumatların kənara sızma ehtimalını yüksəldir, və s...
Prezident İlham Əliyev hələ 26 sentyabr 2012-ci il tarixdə “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirlər haqqında” Fərman imzalayıb.
Həmin Fərmanla ölkədə informasiya proseslərinin mühafizəsi,sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması və s.məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.
Prezident yanında fəaliyyət göstərən Komissiya, dövlət orqanları qurumun fəaliyyətinə inam bəsləmirsə,icra,qanunverici və məhkəmə hakimiyyətləri necə fəaliyyət göstərirlər?
Xüsusi dövlət rabitəsi,xüsusi təyinatlı informasiya- telekommunikasiya şəbəkələri nə cür mühafizə olunur.
Hesab edirəm ki. burada bir neçə subyektiv amillər var.Başlıca son vaxtlar Şəhid Qazi Ailələrinin diqqətdə saxlanılması və onların girov götürülməsi ailə üzvlərinə azdlıq tələb edilməsi dövlət içində öz mənfur repressiv dövlətini qurmuş köstəbəkləri əndişələndirir və abstrakt –blef yollarla növbəti ƏFV sərəncamına maneçilik yaradırlar!
Dünya ölkələri pandemiya ilə əlaqədar həbsxanaların yükünü azaltmaq uğrunda mütərəqqi addımlar atdığı halda, ölkəmizdə ƏFV-Amnistiya aktlarına morotorium qoyulması tragikomikdir!
Heç olmasa fiziki-cismani-mənəvi –psixoloji işgəncələr yaşatdığınız Şəhid övladlarını, Qaziləri azad edin!