Bu gün:


Ebru Gündeşin gənc sevgilisi barədə şok etiraf: "Şamı əridib...

Tarix: 09.06.2022 / 10:19  •   Oxundu: 167 dəfə  •  

Türkiyədə "İşte benim stilim" müsabiqəsində qeyri-adi tərzi və imici ilə seçilən Bahar Candan məşhur müğənni Ebru Gündeşin sevgilisi barədə şok etiraflar edib.
Sosial media fenomeninin sözlərinə görə, Rassan Xoşnavla bir müddət sevgili olublar.

"Düzdür, şöhrət ovçusu Rassanla bir müddət münasibətim olub. Xəstə ruhlu biri idi. Bir dəfə şamı əridib əlimin üstünə tökmüşdü. Ebru Gündeş kimi dəyərli sənətkara bu barədə xəbərdarlıq etmək istərdim", - deyə Candan "Instagram" hesabından yazıb.

Xatırladaq ki, 48 yaşlı Ebru Gündeşin 28 yaşlı iraqlı iş adamı Rassan Xoşnavla sevgili olması barədə xəbər yayılıb.