Gəncə şəhərində bir neçə şəxsin qətlə yetirilməsində sifarişçi kimi ad qazanmış, sapıq baş prokuror Qaralov Zakirin kirvəsi Quliyev Şöhrət Məmməd oğluna göstərilən Penitensiar xidmət sərhəd tanımır. 2 ildən artıqdır ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin müalicə müəssisəsində kef çəkən Şöhrət Quliyev dörd milyon rüşvətin fonunda azadlığa buraxılacağı vəd edilmişdir. Şöhrət Quliyevin sifarişi əsasında cinayət törətmiş Həsənov Anar Sahib oğlunun həyat yoldaşı Həsənova Rəna Bəhlul qızı bu gün İDEAL –ın mərkəzi ofisində olmuş və o,ailə dramından yazılı və şifahi şəkildə bəhs etmişdir.
Rəna Həsənovanın müraciətini qısa ixtisarla diqqətinizə çatdırırıq:
“ ...Həyat yoldaşım Həsənov Anar Sahib oğlu 2004-cü ildən etibarən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəzasını 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində (İMM) çəkir.
Həyat yoldaşım bir nəfərin qətlində təqsirli bilinsədə həmin qətlin sifarişçisi Quliyev Şöhrət Məmməd oğludur. Bilindiyi kimi Şöhrət Quliyev Gəncəbasar zonasında böyük biznes şəbəkəsi vardır və həmin şəbəkənin hazırda idarə edilməsi oğlu Quliyev Orxan Şöhrət oğlunun səlahiyyətindədir. Atasının çirkin niyyətlərini aktivləşdirən Orxan Quliyev otel-biznes şəbəkəsi sahəsində xəstə olmayan atasının müalicə müəssisəsi adlanan məkanda imtiyazlarla əhatə etdirməklə yanaşı haqqı olmayan azadlığı satın almaq niyyətindədir!?
Mənim həyat yoldaşım Şöhrət Quliyevin sifarişi əsasında qətlə yetirdiyi Əhməd İbrahimova görə cəzasını 13 ilini çəkib qurtardıqdan sonra yenidən həmin iş üzrə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin səbəbkarıda məhz Şöhrət Quliyev olmuşdur.
Artıq həyat yoldaşım 18 ildir ki, cəza çəkir. İki azyaşlı övladımız var. Övladım 2001-ci il təvəllüdlü Həsənov Razim Anar oğlu ömürlük əlildir. Özüm isə işsizəm. Dolanışıq səviyyəmiz çox ağırdır. Və eyni zamanda bilirik ki, Milli və Beynəlxalq qanunun heç bir müddəasında qanunların kimisinə imtiyaz, kimisinə cəza vermək kimi hal mövcud deyil.
Arzu edərdim ki, 11 nəfərin qətlə yetirilməsində təqsirləndirilən general-mayor Zakir Nəsirova, polkovnik Kamil Sədrəddinova, dövlət adına rüsvayçılıq yaşadan Akif Çovdarova və digərlərinə göstərilən humanizm qayğısı həyat yoldaşım Həsənov Anar Sahib oğluna münasibətdə də tanınardı. Anar bir nəfərin qətlində təqsirləndirilir. O nə vətən xaini, nə terrorist nədə ki, cəsus deyildir. Eyni zamanda ailə üzvlərimizdən Həsənov Sahib Azər oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, azadlığı uğrunda ŞƏHİD olmuşdur.
Göstərdiklərimi və ailə vəziyyətimizi nəzərə alaraq həyat yoldaşım Həsənov Anar Sahib oğlunun azadlıq haqqının tanınması üzrə köməklik göstərməyi Sizdən xahiş edirik”.
P.S. Şöhrət Quliyev 2 ildən artıqdır ki,Müalicə Müəssisəsində kirayədə qalır.Otelin administrasiyası Mayıl Bəhram oğlu Məmmədov,qarsonu Elxan Cəfər oğlu İsgəndərov, tibb bacısı Nicat Vidadi oğlu Cəlilov 24 saat qulluğundadırlar.
Polad Musayev