Bu gün:


Danışıqların təfərrüatını müxalifətlə bölüşməyə hazıram - Paşinyan

Tarix: 12.11.2022 / 14:17  •   Oxundu: 85 dəfə  •  

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesinin təfərrüatlarını müxalifətdən olan deputatlarla bölüşməyə və müzakirə etməyə hazır olduğunu bildirib.

Nikol Paşinyan müxalif deputatların parlamentin işini boykot etməsinə də toxunub və bunu normal proses kimi qiymətləndirib.


Paşinyan vurğulayıb ki, parlamentin iclaslarında iştirak edib-etməmək müxalifətin hüququdur.

“Məlumat paylaşmaq və danışıqlar prosesinin nüanslarını müzakirə etmək istəyim qüvvədə qalır. Əminəm ki, danışıqlar prosesi ilə bağlı məlumatla tanış olduqdan sonra bu, heç kimə deməyə əsas verə bilməz ki, biz Ermənistan Respublikasının maraqlarına zidd olan hər hansı hərəkət etmişik”, - Paşinyan bildirib.