Bu gün:


"İstefaya göndərilmiş keçmiş baş komandan Ukraynanın prezidenti ola bilər"

Tarix: 10.02.2024 / 11:12  •   Oxundu: 73 dəfə  •  

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, general-polkovnik Valeri Zalujnı gələcəkdə ölkə prezidenti ola bilər.
 İDEAL xəbər verir ki, bu barədə “Sky nuys” saytında dərc olunan “Ukraynadakı hərbi sarsıntı müharibə üçün nə deməkdir?” sərlövhəli məqalədə yazılıb.
Bildirilib ki, analitiklər onun gələcək seçkilərdə hazırkı prezident Volodimir Zelenskiyə rəqib olacağını düşünürlər: “Amerikalı general Devid Eyzenhauer İkinci dünya müharibəsindən sonra heç bir açıq siyasi ambisiyaya malik deyildi. Amma cəmi bir neçə il sonra ABŞ-ın 34-cü prezidenti oldu”.
Həmçinin qeyd olunub ki, indiki mərhələdə Rusiya ilə müharibə bitənə qədər general Zalujnının siyasi vəzifəyə yiyələnməsi ehtimalı az görünür: “General Zalujnı tanınmış və bacarıqlı general idi. Amma bəzən dəyişikliklər yeni imkanlar gətirir. Zelenski bu dəyişikliyin müharibənin taleyini dəyişəcəyinə ümid edir. Lakin zaman prezidentin tərəfində deyil”.
Qeyd edək ki, A.Sırski fevralın 8-də bu vəzifədə general Valeri Zalujnını əvəz edib. O, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı idi.