Bu gün:


Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

Tarix: 17.02.2024 / 11:54  •   Oxundu: 99 dəfə  •  

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

İDEAL  xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,6% artaraq 88,02 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.