Daha çox bal toplamış 37 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcək
Tarix: 05.03.2024 / 17:17 •
Oxundu: 82 dəfə •
Şifahi imtahandan uğurla keçən 62 nəfər hakimliyə namizədlər arasında daha çox bal toplamış 37 nəfəri tədris kursuna cəlb ediləcək.
Bu barədə "İDEAL"a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 62 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi şifahi imtahan keçirib. İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.
"İmtahanda 60 və daha çox bal toplamış 37 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcək. Qaydalara əsasən, imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir. Tədris kursu martın 11-də başlanılacaq", - məlumatda qeyd olunub.
Vurğulanıb ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Mayın 5-də keçiriləcək test imtahanında iştirak üçün artıq 250-dən çox namizəd sənədlərini təqdim edib.