Bu gün:


Ərdoğan nazirləri toplayır - Kritik QARABAĞ MÜZAKİRƏSİ

Tarix: 03.11.2020 / 10:38  •   Oxundu: 196 dəfə  •  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.
Bildirilir ki, nazirlərin müzakirə gündəminə 4 məsələ daxil edilib.
İclasın əsas gündəm maddəsi İzmir zəlzələsi və şəhərsalmadır. Bundan başqa, ölkə miqyasında koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunacaq.
Nazirlər həmçinin, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsini masaya yatıracaq. Bunun fonunda Şərqi Aralıq dənizindəki son durum da müzkirə olunacaq.
İclasın digər müzakirə mövzusu BMT-nin nəzdində Liviyadakı münaqişə tərəfləri arasında təmin edilən atəşkəs olacaq.
Münaqişələrlə bağlı vəziyyəti Türkiyənin Müdafiə naziri Hülusi Akar, diplomatik istiqamətdəki vəziyyəti isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çatdıracaq.