Bu gün:


Suriyada rusiyalı hərbçilərə hücum oldu

Tarix: 13.11.2020 / 14:24  •   Oxundu: 165 dəfə  •  

Suriyada Rusiyaya məxsus “Tiqr” hərbi texnikasına hücum olub. 
Bununla bağlı “İzvestiya” nəşri məlumat yayıb. 
Bildirilib ki, hərbi avtomobilin keçidi zamanı yolda quraşdırılmış əldəqayırma partlayıcı işə düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilib. 
Faktı Suriyada müharibə tərəflərinin barışması üçün yaradılan Rusiya mərkəzinin rəhbərinin müavini Aleksandr Qrinkeviç təsdiqləyib.