Bu gün:


Türk ordusunun Qarabağdakı xidməti dəqiqləşir: Ruslarla birgə

Tarix: 13.11.2020 / 14:53  •   Oxundu: 171 dəfə  •  

Azərbaycanın Qarabağ zəfərindən sonra əldə olunan 9 maddəlik razılaşma əsasında ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 50-60 km uzunluğunda yeni koridor inşa ediləcək.
Asmedia.az xəbər verir ki, ikitərəfli yolun Zəngilan rayonuna qədər uzanması gözlənilir. Koridor Azərbaycanın müəyyən etdiyi istiqamətdə olacaq.
Koridorun strateji, geosiyasi  əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Naxçıvanla fiziki əlaqə qura biləcək. Bununla Türk dünyasını iki yerə ayıran koridor yarılmış olacaq. Türk dünyasının içindəki süni maneə aradan qaldırılacaq. Nəticədə Gürcüstan və İrandan keçən yolları birbaşa Naxçıvan yolu əvəz edəcək.