"Rusiya baş naziri İrəvanda təmiz ermənicə danışdı, ...lakin Paşinyan..."
Tarix: 24.11.2021 / 09:19 •
Oxundu: 246 dəfə •
"Lakin Nikol Paşinyan caz gecəsində olmayıb..."
Xəbər verdiyimiz kimi, noyabrın 18-20-də Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində İrəvanda olan Rusiya baş naziri bir gecəni erməni caz mühitində - “Malxas” caz klubunda keçirib.
İDEAL Media.az xəbər verir ki, Ermənistanın "Hraparak" nəşri bu səhər Rusiya hökumət başçısının İrəvan macəralarının bəzi maraqlı epizodlarından da bəhs edib.
"Həmin gün paytaxtın mərkəzində nəqliyyatın hərəkəti bir neçə saat iflic olub. Bilinib ki, Paşinyanla Ermənistana gələn baş nazirlər Tumanyan küçəsindəki “Malxas” klubunda olublar, ona görə də küçələr bağlanıb. Lakin sonradan öyrəndik ki, caz gecəsində Nikol Paşinyan olmayıb. Bunu cazmen Levon Malxasyan da təsdiqləyib və bildirib ki, Rusiya, Qazaxıstan və Belarusun baş nazirləri öz yoldaşları, o cümlədən cangüdənləri ilə orada olublar. Klubun ikinci mərtəbəsində mühafizəçilər, birinci mərtəbədə isə baş nazirlər yerləşdirilib.
Gecə kifayət qədər səmimi atmosferdə keçib. Erməni köklü Mişustin cazmenlə sırf ermənicə danışıb, sonra onunla xatirə şəkli çəkdirib. Malxas Rusiya baş nazirinin ermənicə danışmasına təəccübləndiyini gizlətməyib. İfadan əvvəl orada olanlardan biri zarafatla deyib ki, “indi sərhədlərinizlə bağlı sual Malxasın necə çalacağından asılıdır”. Baş nazirlər Malxasın caz ifasına heyran olublar. Həvəs o qədər böyük olub ki, Mişustin deyib: "Maestrodan sonra belə həyasızlıq çox çətin məsələdir, amma mən də çalmaq istəyirəm".
Rusiya baş nazirinin necə çaldığını soruşduq, - Malxas dedi: "Olduqca uğurlu." Məlum olub ki, Rusiya hökumət başçısı Mişustin bir sıra məşhur rus estrada müğənniləri üçün mahnılar da yazıb" - erməni nəşri belə yazıb.