Rusiya İdlibdə terrorçulara qarşı mübarizədə Türkiyəyə öz yardımını təklif etdi...
Tarix: 23.12.2021 / 08:39 •
Oxundu: 101 dəfə •
Rusiya İdlibdə terrorçulara qarşı mübarizədə Türkiyəyə öz yardımını təklif edib.
SİTA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.
Onun sözlərinə görə, Türkiyə tərəfi hazırda Rusiyanın İdlib zonasında məsələlərin həllində Rusiyanın yardım təklifinə baxır.
Lavrentyev ümidvar olduğunu bildirib ki, növbəti ildə İdlib ərazisindən qaynaqlanan terror təhlükəsindən qurtulmaq mümkün olacaq.
Xüsusi nümayəndə qeyd edib ki, Moskvada müvafiq sferada Türkiyəli tərəfdaşlarının öz üzərinə düşən vəzifələri icra etmək üçün səylərini dəyərləndirirlər.
O, vurğulayıb ki, bu proses uzun çəkir, çünki indiyədək 2019-cu ilin mart ayında iki ölkə liderləri arasında əldə edilmiş razılaşmaları icra etmək hələ də mümkün olmayıb.
O, qeyd edib ki, ilk növbədə bu, "yaraqlıların İdlibin cənub hissəsindən M4 magistral yoldan kənara çəkilməsi və Türkiyə ilə Rusiyanın müşahidə məntəqələrinin bu yolun hər iki tərəfində yerləşməsinə" aiddir.
Türkiyə nümayəndələri Moskvanı əmin edib ki, hərbçilər imkan düşən kimi Suriya ərazisini tərk edəcək. Bu zaman ABŞ-da bunun əksinə bəyanatlar verirlər.
"Onlar (hərbçilər) həqiqətən Vaşinqtonda bəyan edirlər ki, Suriyanın ərazisində, Zayevfratyedə kifayət qədər uzun, qeyri-müəyyən müddətə qalacaq, bu isə, əlbəttə ki, qəbuledilməzdir.
Söhbət təkcə Zayevfratyedə qalmaqdan deyil, həm də 55 km-lik Et-Tanf zonasından da gedir.
Biz əminik ki, nəinki Siriyanın cənubunda, həm də Zayevfratyedə bir çox mövcud olan problemlər amerikalıların bu əraziləri tərk etməsindən sonra həll edilə bilər".
Bundan əvvəl məlumat verilib ki, Suriyada Rusiya Federasiyasında qadağan olunmuş "Cunud aş Şam" terror qruplaşmasının lideri Müslüm aş-Şişami Marqoşvili məhv edilib.