Paşinyan: “Şarl Mişel bizə mane olmadı”
Tarix: 25.12.2021 / 08:38 •
Oxundu: 104 dəfə •
“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə müzakirə etdiyimiz eyni məsələlərdən danışdıq".
İDEAL Media.az “Sputnik Erm'nistan”a istinadən xəbər verir ki, bunu cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.
"Təkbətək söhbət zamanı da eyni məsələ müzakirə olundu. Elə hal olmadı ki, Şarl Mişel 20 dəqiqə otağı tərk etsin, biz "aha" deyək və əvvəllər müzakirə etmədiyimiz bir şey haqqında danışmağa başlayaq”.
Paşinyanın sözlərinə görə, o, Əliyevlə söhbəti mövcud gündəm ətrafında davam etdirib: nə dinamikada, nə də məzmunda heç bir dəyişiklik olmayıb.
Paşinyan əlavə edib ki, Şarl Mişelin görüşdə iştirakı onların hər hansı bir məsələni müzakirə etmələrinə mane olmayıb.