“Çox şadam ki, bütün bunlar mənim vasitəçiliyimlə həyata keçdi və..."
Tarix: 28.12.2021 / 09:05 •
Oxundu: 154 dəfə •
“Gürcüstanın Qafqazda həmişə doğru yeri və rolu olub, indi də var və biz bu istiqamətdə güclənməliyik”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Imedi” telekanalına açıqlamasında deyib. Hökumət başçısı bildirib ki, onun həm Azərbaycan, həm də Ermənistan lideri ilə yaxşı münasibətləri var və bu, regionda yeni reallığın yaradılması üçün fürsətdir.
Baş nazir qeyd edib ki, onun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşma çox vacib presedentdir və Gürcüstan bu yolla sülh və sabitliyə önəmli töhfə verib:
“Mən çox şadam ki, bütün bunlar mənim vasitəçiliyimlə həyata keçdi və bizə yaxın iki qonşu dövlət arasında bir presedent yaratdıq. Daha da vacibi, bu, Ermənistanda seçkilərdən bir neçə gün öncə baş verdi. Mən şəxsən bu prosesdə çox səy göstərdim. Mən Prezident Əliyevlə, Baş nazir Paşinyanla dəfələrlə danışdım və yeni təşəbbüsü təqdim etdim”.
Baş nazir vurğulayıb ki, bu cür uğurlu nümunələrin çox olması ölkələrlə yanaşı, bütün regiona faydalıdır.
İ. Qaribaşvili əlavə edib ki, hər iki lider regionda sülhün möhkəmləndirilməsində, əlaqələrin yeni səviyyəyə qaldırılmasında, böyük infrastruktur, enerji, ticarət və digər layihələrin həyata keçirilməsində maraqlıdır.