Bu gün:


Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu həbs edilib

Tarix: 20.05.2022 / 12:23  •   Oxundu: 105 dəfə  •  

Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov məhkəmənin qərarı ilə həbs olunub.
 

İDEAL Media.az“Sputnik Armenia”ya istinadən xəbər verir ki, Xaçaturov İrəvandakı etiraz aksiyaları zamanı narkotik vasitələrin təsiri altında polisə şiddət tətbiq etməkdə ittiham olunur.
 
Xaçaturovun barəsində Ermənistan Cinayət Məcəlləsinin 316.1-ci maddəsi ilə iş açılıb.