18 ildir tikilən binada 354 mənzil 1000-dən çox şəxsə satılıb.
Tarix: 07.03.2024 / 10:04 •
Oxundu: 146 dəfə •
Xırdalan şəhərində çoxmərtəbəli bina 18 ilə yaxındır ki, sakinlərə təhvil verilmir. Yəni vətəndaşlar 20 ilə yaxındır aldıqları mənzilləri gözləyir. Kifayət qədər uzun müddətdir. Hətta elə mənzil var ki, 3-5 nəfərə satılıb. Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə ünvanındaki bu bina 2006-cı ildən tikilməyə başlayıb. 3 sahibkardan əl dəyişən bu başı bəlalı binada işlər 2024-cü il olmasına baxmayaraq hələ də tam başa çatdırılmayıb. Nə qədər qəribə səslənsə də 14 mərtəbəsi inşa olunan binanın hər mərhələsinə ayrılan vaxt 1 il 2 aydan çox müddət edir.
İDEAL xəbər verir ki,sakinlər bu barədə şikayətlərini dilə gətiriblər.
"2006-cı ildə "Hayan" MMC adlı şirkət Elman Tağıyevin sahibliyi ilə binanın bünövrəsi qoyuldu. 2011-ci ildə Elman Tağıyev dələduzluq maddəsi ilə həbs olundu. Ondan sonra biz çarəsiz qalan sakinlər məcbur olduq, hər kvadratdan 100 manat yığıb bu binanın tikintisini başa çatdıraq. Beləliklə bloklarda tikinti işlərini apardıq. Sonra 2017-ci ildə Elmin Səməndərov gəldi. Dedi mən iş adamıyam və külli miqdarda vəsaitim var. Bu binanı tikib təhvil verəcəm. Onun fəaliyyəti nəticəsində 364 sakin, min nəfərə çatandan sonra Emin Səməndərov həbs olundu".
Binada 364 mənzil olduğu halda, bu mənzillərin mindən çox sahibi var. Təxminən bir neçə ay əvvəl zərərçəkənlərə dəyən ziyanı qarşılamaq üçün işlər "Şərur" MTK-ya həvalə olunub. Vətəndaşlara dəyən ziyanın bir hissəsi aşağı məbləğlə kompensasiya olunub. Nağd ödənişlər razılaşmayanlara isə Hövsanda yerləşən ərazidən mənzillər vəd edilib.