Bu gün:


Zelenski üçün dəhşət, Putin üçün sevinc: Boris Conson bir neçə saatdan sonra istefa verəcək...

Tarix: 07.07.2022 / 15:40  •   Oxundu: 128 dəfə  •  

"Böyük Britaniya hökumətindən istefalar dalğası Boris Consona şans vermədi..."
 
"Boris Conson bir çoxları tərəfindən hətta Co Baydendən də ciddi fiqur hesab edilir"
 
"Conson Rusiya və Putin siyasətinin ən parlaq və ardıcıl tənqidçisi olub"
 
Bir neçə saatdan sonra Dauninq-stritdə Boris Consonun Böyük Britanıyanın baş naziri postundan istefa verəcəyi elan ediləcək.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə öz məlumat mənbələrinə istinadən "Sky News" telekanalı məlumat verib.
 
Kanal Boris Consonun sabiq müşavirinin sözlərindən iqtibas gətirib: "Bunkerin icərisində hər şeyin bitdiyi deyiir".
 
Consonun ən yaxın zamanda istefa verəcəyi barədə Böyük Britaniyanın aparıcı KİV-ləri də məlumat yayıb.
 
Xəbər verildiyi kimi, iki gün ərzində Böyük Britaniya hökumətini təxminən 40 nəfər tərk edib.
 
İstefalar dalğası iyulun 5-də səhiyyə naziri Sacid Cavidin və xəzinədarlıq kansleri Rişi Sunakın istefaya getməsindən sonra başlayıb. Buna səbəb Conson tərəfindən hökumət vəzifəsinə seksyal təcavüzdə ittiham  edilən parlament üzvü Kris Pinçerin təyin edilməsindən yaranan qalmaqal olub.
 
Bunun ardınca digərləri də, o cümlədən həm nazirlik və idarə rəhbərləri, həm də hökumət üzvü sayılmayan, amma onun işində iştirak edən parlament katibləri-deputatlar da istefa verib.
 
İyun ayında parlamentin Mühafizəkar partiyasından olan deputarları Boris Consona partiya lideri kimi etimadsızlıq göstərilməsi barədə səsvermə təşkil edib. Buna səbəb antikovid məhdudiyyətləri zamanı hökumət üzvləri tərəfindən əyləncəli gecələrin keçirilməsi olub. Consonun tərəfdarları qalib gəlib, lakin bu, çox az səs çoxluğu ilə müşahidə edilib.
 
Consonun istefası Kiyevə dəstək verən Qərb blokunu ciddi surətdə zəiflədə bilər. Çünki Britaniyanın baş naziri bir çoxları tərəfindən hətta ABŞ prezidenti Co Baydendən də ciddi fiqur hesab edilir. Conson həmçinin Rusiyanın və Vladimir Putinin siyasətinin ən qatı və ardıcıl tənqidçilərindən hesab edilir.